Moskva-Orenburq reysi ilə uçan təyyarə radarlardan itdi

Moskva-Orenburq reysi ilə uçan təyyarə radarlardan itdi

Moskva-Orenburq reysini həyata keçirən “Nordwind” aviaşirkətinə məxsus “Aerobus A321” sərnişin təyyarəsi “Flightradar” uçuş izləmə xidmətinin xəritəsindən itib.

AzerTimes xəbər verir ki, təyyarə xəritədə yoxa çıxmazdan əvvəl təcili siqnal verib və Nijni Novqorod vilayəti üzərindən Moskvaya tərəf dönüb.

Təyyarənin 3 min metr hündürlüyədək endiyi bildirilib. Ümumilikdə təyyarə 30 dəqiqə uçuşda olub.

Teqlər: