Moskva metrosunda qatarda baş verən tüstülənmə səbəbindən sərnişinlər “Sportivnaya” stansiyasına təxliyə ediliblər.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın operativ xidmətləri məlumat yayıb.
Bildirilib ki, metropolitennin “Sokolniçeskaya” xəttininin “Universitet” stansiyasından “Mədəniyyət Parkı” stansiyasına kimi hərəkət dayandırılıb.
Tüstülənmənin hansı səbəbdən baş verdiyi məlum deyil.