Moskva merindən antiterror rejimi ilə bağlı qərar

Moskva merindən antiterror rejimi ilə bağlı qərar

Rusiyanın Moskva vilayətində və şəhərində antiterror rejimi ləğv olunub.

AzerTimes xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Mer hazırda bütün məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.

Qeyd edək ki, iyunun 23-də “Vaqner” rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun mövqelərinə zərbələr endirməkdə günahlandırmış və 25 minlik ordu ilə Moskvaya istiqamət aldığını bildirmişdi.

Teqlər: