Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Roma Statutunu ratifikasiya etmək üçün tələsməyə ehtiyac yoxdur.
AzerTimes xəbər verir ki, o, bu barədə erməni mediasına müsahibəsində deyib.
“Biz həmişə Rusiya ilə müttəfiq olmuşuq və ona qarşı heç bir xüsusi addım atmamışıq. Putinin Ermənistan tərəfindən həbs edilməsi ilə bağlı müzakirələr absurddur”, – Simonyan Putinin həbsinə order verən BCM yurisdiksiyasının İrəvanda tanınması ilə bağlı müzakirələrə toxunaraq bildirib.
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsinin ölkənin bu yaxınlarda Putinin həbsinə order vermiş BCM-in Roma Statutuna qoşulması üçün müsbət rəy verməsi Rusiyada ciddi tənqidlərə səbəb olmuşdu. Moskva qeyri-rəsmi kanallar vasitəsilə İrəvana Roma Statutunun ratifikasiya edəcəyi təqdirdə ağır cavab alacağını vurğulamışdı.