Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün vasitəçilik səylərini davam etdirəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
“Rusiya vasitəçi kimi çıxış edib, iki dövlətin sülh müqaviləsi imzalamasına kömək edəcək. Həm Azərbaycan, həm də Ermənistan sərhədin demarkasiyası və problemli məsələlər üzrə həll yollarını tapmalıdır”, – Matviyenko bildirib.