Moskva iqtisadiyyatı dəstəkləmək üçün tədbirləri davam etdirəcək

Moskva meriyası Rusiya hökuməti ilə iqtisadiyyatın dəstəklənməsi
üçün əlavə tədbirlərin işlənib hazırlanması istiqamətində birgə
fəaliyyəti davam etdirəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva meri
Sergey Sobyanin şəxsi bloqunda yazıb.

“Biz Rusiya hökuməti ilə birlikdə iqtisadiyyatı dəstəkləmək üçün
əlavə tədbirlər hazırlamaq üçün işləməyə davam edirik. Bu
qərarların çoxu, ümid edirəm ki, bu həftə açıqlanacaq”, – mer
yazıb.

O əlavə edib ki, bu gün Moskva hökuməti büdcəni və dövlət
satınalmalarını mümkün qədər çevik və səmərəli idarə etmək hüququna
malikdir. Hələlik işsizlik minimum səviyyədədir – iqtisadi fəal
əhalinin 0,4%-ni təşkil edir. Amma, eyni zamanda, 300-dən çox
xarici şirkət Moskvada fəaliyyətlərini dayandırdığını bəyan edib.
Bizim vəzifəmiz xarici şirkətlərin işçilərinə kömək etməkdir”, –
Sobyanin deyib.