Moskva ilə yaxşı qurmaq strategiyası… – Stoltenberq

Moskva ilə yaxşı qurmaq strategiyası… – Stoltenberq

Soyuq müharibə bitdikdən sonra Moskva ilə yaxşı münasibətlər qurmaq strategiyasını hələ də düzgün hesab edirəm.

AzerTimes xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.

“Mən hələ də hesab edirəm ki, bu, düzgün strategiya idi. Soyuq müharibədən dərhal sonra Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışmaq doğru idi. Bu gün Qərb ən azı Moskvada hər hansı anlaşılmazlığın yaranmasının qarşısını almalıdır. Alyansa üzv ölkələr müharibə aparmaq üçün deyil, ondan qaçmaq üçün hərbi imkanlara sərmayə qoyurlar. Əks halda, təkcə Rusiya deyil, heç kim bizi ciddi qəbul etməyəcək”, – Stoltenberq bildirib.

Teqlər: