Sanksiya təhlükəsinə baxmayaraq, Bişkek Moskva ilə əməkdaşlıqda problem görmür.
AzerTimes xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev deyib.
“Biz strateji tərəfdaşıq, əməkdaşlıq üçün heç bir maneəmiz yoxdur. Qərb tərəfdaşlarımız mümkün sanksiyalardan danışırlar, lakin biz də öz qaydalarımıza əməl edirik və mən heç bir problem görmürəm”, – Kulubayev bildirib.