Bu gün Rusiya ilə Azərbaycan arasında dərin ziddiyyətlər yoxdur.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a açıqlamasında deyib.
“Əlbəttə, mən şadam ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək müttəfiqlik səviyyəsindədir. Moskva və Bakı bütün problemli məsələləri açıq və mehribancasına müzakirə edirlər”, – səfir bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 18-19 avqust tarixlərində Bakıda səfərdə olacaq.