Moskva hazırlanır: HHM sistemləri gətirildi

Moskva hazırlanır: HHM sistemləri gətirildi

Rusiya hakimiyyəti Vladimir Putinin mayın 7-də keçiriləcək andiçmə mərasimi öncəsi təhlükəsizlik tədbirlərini gücləndirəcək. Bunun üçün Moskvaya əlavə hava hücumundan müdafiə sistemlərinin gətirilməsi, dronların qarşısının alınması məqsədilə paytaxtın mərkəzində ağır elektron döyüş sistemlərinin quraşdırılması planlaşdırılır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, polisə xüsusi magistralların və insanların sıx toplaşdığı yerlərin yaxınlığında yerləşən bütün yaşayış binalarını “işləmək” tapşırılıb.

Nəqliyyat infrastrukturunun əməkdaşları da öz növbəsində açılış ərəfəsində gücləndirilmiş işlərlə bağlı məlumatlandırılıblar. Eyni zamanda, “Vaqner”in bütün muzdlularına kuratorları vasitəsilə mayın 7-də evlərini tərk etməmələri barədə məlumat verilib. Onların ictimai yerlərdə, o cümlədən böyük qruplarda, kamuflyajda, şevronlarla və mükafatlarla görünməsi qəti qadağan edilib. Andiçmə günü Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri və Konstitusiya Məhkəməsinin hakimləri əvvəllər istifadə edilən eyni sxem üzrə avtobuslarla qruplar halında Kremlə aparılmalıdırlar.

Deputatlara xəbərdarlıq edilib ki, iştirak məcburidir və giriş siyahılar əsasında aparılacaq: şəxsiyyət vəsiqəsi, pasport, elektron və ya kağız formada Kovid-19 testi olmalıdır.

Qeyd olunur ki, əsas məsələ xarici fəxri qonaqların siyahısı olaraq qalır.

Teqlər: