Minə yaxın Tacikistan vətəndaşı, o cümlədən universitetlərdə təhsil almağa gələnlər Moskva aeroportlarında ilişib qalıb.
AzerTimes xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Şahin Samadi deyib.
Samadi bildirib ki, 27 aprelə olan məlumata görə, “Vnukovo” hava limanının müvəqqəti saxlanma zonasında 954 Tacikistan vətəndaşı var:
“Vnukovo”dan Rusiyaya 322 vətəndaş buraxılıb. 27 nəfər isə ölkədən qovulub”.
XİN rəsmisi Moskvanın digər aeroportlarında da analoji vəziyyətin hökm sürdüyünü söyləyib.