Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada keçirilən danışıqların yekunları üzrə birgə sənəd qəbul ediblər.
Sənəddə bildirilir ki, Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın razılaşmalarına uyğun olaraq, tərəflər aşağıdakı addımlar barədə razılığa gəliblər:
“1. – 10 oktyabr 2020-ci il tarixində saat 12:00-dan etibarən hərbi əsirlərin və digər saxlanılanların və ölənlərin cəsədlərinin mübadiləsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və meyarlarına uyğun olaraq humanitar məqsədlərlə atəşkəs elan edilir.
2. – Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
3. – Azərbaycan Respublikası və Ermənistan Respublikası, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə nizamlanmanın əsas prinsipləri əsasında ən qısa müddətdə sülh yolu ilə nizamlanmaya nail olmaq məqsədi ilə substantiv danışıqlara başlayırlar.
4. – Tərəflər danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyirlər”.