Moskva dilemma qarşısında: Kiyev haradan hücum edəcək

Moskva dilemma qarşısında: Kiyev haradan hücum edəcək

Moskvada Ukrayna ordusunun iki istiqamətdə mümkün irəliləyişi ilə bağlı dilemma yaranıb.

AzerTimes xəbər verir ki. bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ruslar Zaporojye vilayətinin mərkəzində və Ukraynanın cənubunda müdafiəni möhkəmləndirirlər. Cəbhənin bu hissəsində ruslar böyük qüvvə saxlayır:

“Rusiyanın müdafiəni təkmilləşdirməyə çalışması onu deməyə əsas verir ki, komandanlıq çox güman ki, Ukraynanın iki istiqamətdə böyük hücumlarının mümkünlüyündən narahatdır: ya Luqansk vilayətinin şimalında, ya da Zaporojyedə”.

Qeyd olunub ki, Ukraynanın Zaporojye bölgəsində böyük hücumu Rusiya ilə Krımı birləşdirən “quru körpüsü”nün işini ciddi şəkildə pozacaq. Ukraynanın Luqanskdakı uğuru isə Rusiyanın Donbası “azad etmək” kimi elan etdiyi hərbi məqsədini daha da sarsıdacaq.

Teqlər: