Moskva bəyannaməsinin detalları – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları Moskva
Bəyannaməsi mürəkkəb geosiyasi situasiya və reallıqlar fonunda
milli diplomatiyamız və şəxsən Prezident İlham Əliyevin böyük
diplomatik uğurudur. Qardaş Türkiyə ilə Şuşa Bəyannaməsindən sonra
ən böyük qonşumuz olan Rusiya ilə imzalanmış bu sənəd
müstəqilliyimizin möhkəmlənməsi və təhlükəsizliyimizin xarici
təsirlərdən qorunması istiqamətində atılmış tarixi addımdır.

AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Moskva bəyannaməsinin
detalları” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı
danışılıb. Verilişin qonaqları – siyasi şərhçilər Sahib Alıyev,
İlqar Vəlizadə və Emin Əliyev mövzu ətrafında müzakirə
aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: