Moskva Bəyannaməsi Rusiyadakı erməni diasporunun çoxillik səylərinə zərbədir – Emin Əliyev CBC-nin “Xüsusi buraxılış” verilişində (VİDEO)

Azərbaycan və Rusiya arasında müttəfiqlik əlaqələri haqqında
bəyannamə, o сümlədən, Rusiyadakı müxtəlif ermənipərəst qüvvələrin
Bakı ilə Moskva arasında münasibətləri pozmaq üçün göstərdiyi uzun
illər səylərinə zərbədir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Trend BİA-nın baş redaktoru Emin Əliyev “CBC” telekanalının “Xüsusi buraxılış” analitik proqramında
deyib.

Proqramın növbəti buraxılışında Prezident İlham Əliyevin və
Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Moskvada keçirilən
görüşün yekunları, ikitərəfli münasibətləri yeni səviyyəyə
qaldıracaq Bəyannamənin imzalanması və digər aktual mövzular
müzakirə edilib.

Müzakirələrdə Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti
Aleksey Naumov da iştirak edib.

Verilişin tam versiyasını oxuculara təqdim edirik:

Teqlər: