Moskva Bəyannaməsi Azərbaycanın milli maraqlarını tam əks etdirir – Sahil Kərimli (VİDEO)

Moskva Bəyannaməsi Azərbaycanın milli maraqlarını tam əks
etdirir.

Bunu Xəzər TV-yə açıqlamasında Trend BİA-nın Baş direktor
müavini Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında imzalanan
Moskva bəyannaməsi hər iki ölkə arasındakı münasibətləri yeni
mərhələyə çıxaracaq.

“Bir-birinin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə və
suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşmaq kimi öhdəliklər
Azərbaycanın milli maraqlarının tam qoruyur. Birgə bəyannamə
həmçinin bölgədə təhlükəsizliyin və sabitliyin daha da
möhkəmlənməsinə, separat meyllərin, terrorçuluq və digər
təhdidlərin qarşısının alınmasına xidmət edir”, deyə o əlavə
edib.

S.Kərimli qeyd edib ki, Azərbaycan bölgədə əsas oyunçulardan
biri kimi əvvəl qardaş Türkiyə ilə, bu günlərdə isə Rusiya ilə
müttəfiqlik bəyannaməsi imzalamaqla həm də təhlükəsizlik və
suverenliyini zəmanət altına alır.

Teqlər: