Moskva Baydenin səfəri üçün heç bir zəmanət verməyib

Moskva Baydenin səfəri üçün heç bir zəmanət verməyib

Rusiya ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfəri barədə bildirişi aldığını təsdiqləməklə kifayətləndi. Vaşinqton Moskvadan heç bir zəmanət almadı.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

“Onlar yalnız bildirişin alındığını təsdiqlədilər. Lakin heç bir mübadilə olmadı”, – o bildirib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev ABŞ Prezidenti Co Baydenin Ukraynaya gəlməzdən öncə təhlükəsizliyi ilə bağlı zəmanət aldığını demişdi.

Teqlər: