Moskva Azərbaycan tərəfinin istənilən siqnallarına çox diqqətlə yanaşır – Zaxarova

Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik
xarakterini və tarixən formalaşmış ümumi biotəhlükəsizlik məkanını
nəzərə alaraq, Moskva Azərbaycan tərəfinin istənilən siqnallarına
çox diqqətlə yanaşır.

Trend xəbər
verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Mariya Zaxarova həftəlik brifinqdə rəsmi Moskvanın Azərbaycan
ərazisində Amerikanın bioloji laboratoriyalarının olması ilə bağlı
bəyanatlarını şərh edərkən deyib.

“Biz bununla bağlı daxil olan istənilən siqnala çox diqqətlə
yanaşır və onları Bakı ilə inkişaf etdirdiyimiz tərəfdaşlıq dialoqu
çərçivəsində nəzərdən keçirməyə hazırıq”, – Zaxarova qeyd edib.

Teqlər: