Moskva Ankaraya “yol xəritəsi”ni təhvil verdi

Moskva Ankaraya “yol xəritəsi”ni təhvil verdi

Moskva Ankara və Dəməşqə iki tərəf arasında münasibətlərin normallaşdırılması üçün hazırladığı “yol xəritəsi” layihəsini təhvil verib.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

“Layihə maraqlı tərəflərə verilib. Ola bilsin ki, layihəyə yenidən baxılsın”, – o bildirib.

Qeyd edək ki, mayın 10-da Moskvada keçirilən görüşdən sonra Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirləri “yol xəritəsi” layihəsinin hazırlanması barədə göstəriş veriblər. İyunun 20-də isə Astanada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib və bu məsələyə baxılıb.

Teqlər: