Morits Baydenə sponsorluqdan imtina etdi

Morits Baydenə sponsorluqdan imtina etdi

Demokratlar Partiyasının əsas sponsorlarından biri, milyarder Maykl Morits ABŞ Prezidenti Co Baydenin ikinci müddətə yenidən seçilməsi kampaniyasına dəstək verməkdən imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu-York Tayms” məlumat yayıb.

“O, ya ölkəni qaranlıq və qəddar zamanlara məhkum edə bilər, ya da Zaman Atasının səsinə qulaq asa bilər. Vaxt bitdi”,- Morits bildirib.

Morits partiyaya bütün ianələrin dayandırıldığını da qeyd edib:

“Mən Baydenə səs verərdim, amma Demokratların pul toplama müraciətlərinə bir qəpik də verməzdim”.

Teqlər: