Bakıda yol polisinin qanuni tələblərinə əməl etməyən moped sürücüsü həbs olunub.
AzerTimes Avtosfer.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini 18 yaşlı İnqilab Rövşən oğlu Zayıdov Bakının mərkəzi küçələrində yol polisinin qanuni tələblərinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsini dayandırmadan, Bakıxanov və Səməd Vurğun küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Mopedi dəbilqəsiz istifadə etdiyi üçün ona verilən saxla işarəsinə tabe olmayan sürücü, daha sonra Səməd Vurğun küçəsində əks istiqamətli zolağa çıxaraq bir neçə dəfə polis əməkdaşlarına tabe olmayıb.
Nəhayət sürücü və yanındakı sərnişin saxlanılaraq toplanmış materiallar Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə təhvil verilib. Bölmədə toplanılmış materiallar isə avqustun 30-da Nəsimi rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarıyla Zayıdov İnqilab Rövşən oğlu 10 gün müddətinə azadlıqdan məhrum edilib.
Onun yanındakı digər şəxslə bağlı isə toplanmış materiallar yaşadığı ərazi üzrə Yasamal rayon Məhkəməsinə göndərilib.
Hadisə anının görüntülərini təqdim edirik: