Xəbər - Humay Ağacanova – Trend:
Hər hansı şəkildə Montrö sazişinin müddəalarının, mövcud
status-kvonun pozulması heç kimə fayda gətirməz.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə
naziri Hulusi Akar deyib.
H.Akar bildirib ki, Montrö Konvensiyasının şərtlərinə əməl
olunmasının tərəfdarıdırlar.
“Bu çərçivədə çalışmalarımızı davam etdiririk. İndiyədək olduğu
kimi Montrö boğazlar konvensiyasının 19, 20 və 21-ci maddələrinin
tətbiqini davam etdirəcəyik. Ukrayna və Rusiya ilə bizim yaxşı
əlaqələrimiz var. Baş verənləri narahatlıqla izləyirik. Ölüm
halları bizi kədərləndirir. Prezidentimiz bu barədə konkret
danışıb. Bütün tariximiz ərzində olduğu kimi, bu gün də ölkələrin
ərazi bütövlüklərini, suverenliklərini dəstəkləyirik. Ukrayna üçün
eyni mövqedəyik. Arzumuz ən qısa zamanda məsələnin diplomatik yolla
həllidir”, – deyə o qeyd edib.