Monteneqrolu baş məşqçi Azərbaycan klubunda

Monteneqrolu baş məşqçi Azərbaycan klubunda

Qadın həndbolçulardan ibarət “Kür” komandasının yeni baş məşqçisi məlum olub.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, Mingəçevir klubu bu vəzifəyə monteneqrolu Milorad Despotoviçi gətirib. Onunla birillik müqavilə imzalanıb.

M.Despotoviç bundan əvvəl ölkəsinin “Ulsin” kollektivində işləyib.

Bölgə təmsilçisini ötən mövsüm Fuad Yangildin çalışdırıb. O, yeni mövsümdən komandada məşqçi və direktor kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Avropa Kubokuna ikinci mərhələdən qoşulacaq “Kür” Yunanıstanın OFN komandası ilə qarşılaşacaq. Bu raundun ilk oyunları oktyabrın 5-6-da, cavab matçları isə 12-13-də keçiriləcək.

Teqlər: