Monteneqroda yeni hökumət formalaşıb

Monteneqro parlamenti uzun müddət davam edən müzakirələrdən
sonra yeni hökumətin tərkibini təsdiqləyib.

Trend xəbər
verir ki, “URA Hərəkatı”nın rəhbəri Dritan Abazoviçin sədrliyi ilə
formalaşan yeni hökumətdə Baş nazirin 4 müavini, iki dövlət naziri
və 18 nazir olacaq. D.Abazoviçin koalisiya tərəfdaşları ilə yanaşı,
Sosial Demokrat Partiyası, Sosialist Xalq Partiyası, bosniya və
alban azlıq partiyalarının nümayəndələri də yeni hökumətdə təmsil
olunacaqlar.

Yeni hökuməti Prezident Milo Cukanoviçin rəhbərlik etdiyi
Monteneqro Sosialistlərin Demokratik Partiyası da dəstəkləyib.
Sosialist Xalq Partiyasından başqa digər serbpərəst partiyalar yeni
hökumətdə iştirak etməyib.

Monteneqronun 43-cü hökumətini 45 deputat dəstəklədiyi halda,
Sosial Demokratlar onun əleyhinə səs veriblər. Serbiyapərəst
partiyalar isə parlamentin iclasını boykot ediblər.

Teqlər: