Monteneqronun paytaxtı Podqoritsada Prezident Milo Cukanoviçin tərəfdarlarının parlament binasının qarşısında keçirdiyi aksiya davam edir.
AzerTimes xəbər verir ki, ölkədəki siyasi vəziyyətdən razı olmayan və prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini yenidən səsə qoyaraq təsdiq edən parlamentə etiraz əlaməti olaraq keçirilən aksiyada yüzlərlə nümayişçi parlament binasının qarşısına toplaşaraq yolları bağlayıb, hökumət əleyhinə şüarlar səsləndiriblər.
Nümayişçilər qanuna edilən düzəlişin konstitusiyaya zidd olduğunu bildirirlər. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.