Xəbər - Ləman Zeynalova – Trend:
Monteneqro tezliklə Cənub Qaz Dəhlizinə çıxış əldə edəcəyinə ümid edir.
Bunu Trend-ə özəl müsahibəsində Monteneqronun energetika və mədən sənayesi naziri üzrə dövlət katibi Marko Perunoviç deyib.
“Monteneqronun hələ də təbii qaza çıxışı yoxdur, amma ümid edirik ki, bu, tezliklə mümkün olacaq”, – deyə o bildirib.
Dövlət katibi vurğulayıb ki, Trans-Adriatik boru kəməri ilə (TAP) birləşəcək İon-Adriatik boru kəməri (IAP) Monteneqronun inkişaf etdirməyə çalışdığı ən vacib enerji layihələrindəndir.
“Biz səylərimizi “yaşıl” enerjiyə keçidə yönəltmişik və bərpa olunan enerji mənbələri üzrə bir neçə layihə hazırlayırıq. Ümid edirik ki, onlar yaxın 2-3 il ərzində tamamlanacaq. Eyni zamanda, biz təbii qazın istifadəsindən imtina etmirik, bilirik ki, bu enerji növü 2050-ci ilədək sistemin sabitliyini təmin edərək vacib enerji bazası olacaq”, – M.Perunoviç deyib.
O qeyd edib ki, IAP üzrə baza laihələndirmə başa çatıb və Monteneqro öz qonşuları ilə layihənin reallaşdırılması üçün regional şirkətin yaradılması barədə qonşu ölkələrlə danışıqlara başlayıb.
Eyni zamanda, M.Perunoviç bildirib ki, Monteneqro Azərbaycan şirkətlərini bərpa olunan enerji mənbələri bazarının iştirakçısı olmağa çağırıb.
“Monteneqroda bərpa olunan enerji mənbələri potensialı ölkənin ərazisi ilə müqayisədə böyükdür. Söhbət günəş və külək enerjisindən gedir. Biz bərpa olunan enerji mənbələri bazarımızda Azərbaycan şirkətlərini və investorlarını görməkdən məmnun olarıq”, – dövlət katibi deyib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)