Monteneqro NATO üzvü oldu

Monteneqro NATO üzvü oldu

Monteneqro rəsmi olaraq NATO-nun 29-cu üzvü olub.

Vaşinqtonda bununla bağlı ABŞ Dövlət Departamentinin binasında xüsusi mərasim keçirilib.

Mərasim çərçivəsində Monteneqronun baş naziri Duşko Markoviç ölkəsinin Şimali Atlantika Alyansına qoşulmasına dair protokolu ABŞ dövlət katibinin müavini Tomas Şennona təqdim edib.

Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib.

Monteneqro parlamenti 2017-ci ilin aprelin 28-də həmin sənədi ratifikasiya edib.