Monteneqro hərbi büdcəsinin 11%-ni Ukraynaya ayırdı

Monteneqro hərbi büdcəsinin 11%-ni Ukraynaya ayırdı

Monteneqro hökuməti öz hərbi büdcəsinin 11%-ni Ukraynaya ayırmağa qərar verib.

AzerTimes xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Qeyd edilir ki, Ukraynaya ölkənin hərbi büdcəsinin 11%-i həcmində yardım göstərmək qərarı Monteneqro hakimiyyət orqanları tərəfindən Ukraynanın Avroatlantik perspektivinə dair bəyannamənin imzalanması münasibətilə qəbul edilib.

Xatırladaq ki, dekabrın 5-də Monteneqro Ukrayna ilə onun Avroatlantik perspektivini dəstəkləyən bəyannamə imzalayıb.

Teqlər: