Xəbər - Çingiz Səfərli – Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Monqolustanın Xovd vilayətində dabaq xəstəliyi, Qana Respublikasının Mərkəzi və Böyük Akkra inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Qida Təhülkəsizliyi Agentliyindən AzerTimes-a bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Xovd vilayətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına və OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Qana Respublikasının Mərkəzi və Böyük Akkra inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.