Monqolustanda türk tarixi ilə bağlı inanılmaz tapıntı – Foto

Monqolustanda türk tarixi ilə bağlı inanılmaz tapıntı – Foto

Beynəlxalq Türk Akademiyasının Monqolustanda həyata keçirdiyi elmi-arxeoloji ekspedisiya yeni maraqlı nəticələr əldə edib.

AzerTimes xəbər verir ki, pandemiya dövründə fasilə verilən, bu il yenidən başladılan qazıntılar nəticəsində Göytürk Xaqanlığı dövrünə aid önəmli tapıntılar aşkarlanıb.

Arhangay bölgəsində yeni ortaya çıxarılan Nomqon abidə kompleksi bütün xüsusiyyətlərinə görə Bilge xaqan və Kültegin abidə komplekslərinə bənzəyir.

Sözügedən kompleksdə insan, aslan, qoç heykəlləri və ortasında quyu olan qurbangah daşı mövcuddur. Külliyənin qarşısında şərq istiqamətində 40-dan çox balbal daş sıralanıb. Balbal daşlardan beşinin üzərində Türk Xaqanlığının qurucu nəslinə aid “Dağ keçisi” damğası (möhürü) müəyyən edilib.

Ötükən çölündə aşkarlanan bu külliyə Kültegin və Bilgə Xaqan komplekslərindən 80 kilometr aralıda yerləşir. Kompleks Hanqay dağının Köyne, Böyük Nomqon və Kiçik Nomqon silsilələri ilə əhatə olunub.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının bir neçə il öncə başlatdığı qazıntılar davam etdiriləcək.

Teqlər: