Monqolustanın paytaxtı Ulan-Batorda etiraz aksiyaları başlayıb.
AzerTimes xəbər verir ki, hazırda etirazçılar Hökumət Sarayına yürüşlər edirlər. Polis ilk hücum cəhdinin qarşısını ala bilib, lakin etirazçılar geri çəkilmir və hücum davam edir.
Etirazlara səbəb isə ölkədə baş verən korrupsiya qalmaqalı ilə bağlıdır. Mətbuatda Monqolustandan Çinə ixrac edilməli olan 12.9 milyard dollar dəyərində kömürün oğurlanması ilə bağlı məlumat yayılıb. KİV-də yayılan digər məlumata görə, Çin tərəfi rəsmi Ulan-Batora oğurluqda iştirak edən şəxslərin adlarını göndərib. İndi də etirazçılar hökumətdən həmin şəxslərin cəzalandırılmasını tələb edirlər.