Bazar günü “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının altıncı turu olan Monako Qran Prisini qazanıb.
AzerTimes xəbər verir ki, ikinci yeri “Aston Martin” komandasının ispan pilotu Fernando Alonso tutub. Finişi üçüncü keçən isə “Alpin”dən fransalı Esteban Okon olub.
Qeyd edək ki, Verstappen cari çempionatda dördüncü qələbəsini qazanıb və fərdi sıralamada liderliyini davam etdirir.