Fransanın “Monako” futbol klubunun rəhbərliyi baş məşqçi Niko Kovaçı istefaya göndərmək qərarına gəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.
Bildirilib ki, “Monako” yaxın vaxtlarda yeni baş məşqçisinin adını açıqlayacaq.
“Monako” komandası 19 oyunda 29 xal toplayaraq Fransa çempionatının cədvəlində altıncı yerdədir.