Molla təhqir etdi, qadınlar bıçaqladı

Molla təhqir etdi, qadınlar bıçaqladı

İranın Gilan əyalətinin Rəşt şəhərində Cəlil Mir Hüseyni adlı molla bir neçə qadın tərəfindən döyülüb və bıçaqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Rəştin “Naib əl-Sədr” din mərkəzinin başçısı Əbdülbaqi İshaqi məlumat yayıb.

Şahidlərin dediyinə görə, molla qadınların geyim tərzinə irad bildirdiyi, hicab qaydalarına riayət etmədikləri bəhanəsilə qadınları təhqir etdiyi üçün hadisə baş verib.

Yaralı mollanın xəstəxanaya çatdırıldığı, qadınların isə hadisə yerindən qaçdığı bildirilir.

Teqlər: