İran rejiminin təhlükəsizlik qüvvələri hökumət əleyhinə nümayişlərin yatırılması zamanı etirazçı qadınların üz, sinə və cinsiyyət orqanlarını hədəf alır.
AzerTimes xəbər verir ki, bu barədə “Quardian” qəzeti yazıb.
Qəzet İranın bir neçə xəstəxanasının tibb işçilərinə istinadən qeyd edib ki, adətən ayaqlarından, ombalarından və kürəklərindən güllə yarası alan etirazçı kişilərdən fərqli olaraq, qadın etirazçıların yaraları onların həyatına ömürlük ciddi ziyan verəcək intim hissələrdədir.
“Cinsi orqanından iki güllə yarası alan iyirmi yaşlı qadını müalicə etdim. Vaginal infeksiyanın ciddi riski var idi”, – həkimlərdən biri deyib.
Həkimlərin təqdim etdiyi görüntülərdə təhlükəsizlik qüvvələrinin yaxın məsafədən açdığı atəşin etirazçıların bədənlərində ağır yaralara səbəb olduğu görünür.
Hesabatda, həmçinin, kişilərin, qadınların və uşaqların gözlərindən güllələnmə hallarının da çox olduğu bildirilir.