Molla rejimi azərbaycanlılardan çəkinir – Qaradağlı

Molla rejimi azərbaycanlılardan çəkinir – Qaradağlı

İran Avropa Birliyi və BMT-nin edamlarla bağlı etiazlarına heç bir məhəl qoymur və öz yöntəmini tutaraq gedir. Bu isə rejimi dünyadan təcrid halına salıb.

Bu sözləri AzerTimes-a siyasi fəal Eldar Qaradağlı İrandakı mövcud vəziyyətdən danışarkən deyib.

O bildirib ki, etirazların qismən səngiməsi inqilabın olmayacağı anlamına gəlməməlidir:

“Bu rejimin altında sanki vulkan yatıb və hər an püskürə bilər. İran bu gün dünyanın ən geridə qalan və ideoloji siyasət yürüdən ölkəsi halındadır. Etirazlar qismən səngiyib, amma bu o demək deyil ki, orada inqilab olmayacaq. Rejim öz ömrünü uzada bilməyəcək. Ailələrdə qorxu yaratmağa çalışır. Bu edamların heç biri ədalətli deyil. Formal olaraq məhkəmələr keçirir, bütün dünyanın etirazına baxmayaraq, edamları davam etdirir. Hökumət bütün sahələrdə çökmüş durumdadır. Bir dollar 42-43 min tüməndir. Yoxsulluq yüksək həddə çatıb. İndiyə kimi bu ölkənin müxalifəti yoxdur. Xalq özü ayağa qalxıb və rejimin qarşısına çıxıb. Etnik millətlər ən kiçik haqdan belə məhrumdur. Digər xalqlara nisbətən orada yaşayan azərbaycanlılardan çəkinirlər. Onları meydanlarda açıq şəkildə edam etmirlər. Farslarla azərbaycanlıları bağlayan bircə əlaqə var – o da şiə məzhəbindən olması. Amma rejim Güneyin müstəqil olması ilə bağlı etirazların gücləndiyini görərsə, heç nəyə baxmayaraq, bu edamları da artıracaq”, – Eldar Qaradağlı bildirib.

Teqlər: