Molla Nəsrəddin lətifələri, balaban, çay üçün UNESCO-ya müraciət edilib

Bir neçə qeyri-maddi mədəni irs nümunələrinin Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsi məqsədilə UNESCO-ya müraciət edilib.

Trend xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.


Onun sözlərinə görə, müraciətlər “İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Sədəf sənəti”, “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri”, “Molla Nəsrəddin lətifələri şifahi ənənəsi”, “Balaban sənətkarlığı və ifaçılıq sənəti” və “Çay mədəniyyəti”üzrə olub. Növbəti ildə bu qeyri-maddi mədəni irs nümunələrimiz siyahıya salınacaq”.

Teqlər: