Moldova Avropa Birliyi proqramlarında iştirak üçün illik rüsumları ödəməkdən azad ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə Moldova parlamentinin mətbuat xidməti məlumat verib.
“Moldova Avropa Birliyi proqramlarında iştirak üçün illik maliyyə ianələrini ödəməkdən azad ediləcək. Moldova ilə Avropa Komissiyası arasında Moldovanın AB proqramlarına maliyyə töhfələrinin dayandırılmasının tətbiqinə dair Çərçivə Sazişinin ratifikasiyası haqqında qanun layihəsinə bu gün Parlamentin İqtisadiyyat, Büdcə və Maliyyə Komissiyasında baxılıb”, – məlumatda vurğulanıb.
Sənəd Moldovanın 2027-ci ilə qədər ödənişlər üzrə öhdəliklərinin dayandırılmasını nəzərdə tutur.