Xəbər - Orxan Nəbiyev – Trend:
Moldova parlamenti yeni baş nazirin proqramını və hökumətin tərkibini təsdiq edib.
Trend-in məlumatına görə, ölkənin yeni baş naziri Natalya Qavrilitsa olub.
Onun namizədliyini ölkə prezidenti Maya Sandu irəli sürmüşdü.
N.Qavrilitsanın rəhbərlik etdiyi yeni hökumətin lehinə parlamentin 61 deputatı səs verib.