Moldova Türkiyə ilə ticarət həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir.
AzerTimes xəbər verir ki, bunu Moldova kənd təsərrüfatı naziri Vladimir Bolea türkiyəli həmkarı Vahid Kirişçi ilə görüşündə deyib.
“Əməkdaşlığımız nəticəsində əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Moldovanın kənd təsərrüfatı məhsullarının ixracının həcmini artırmaq imkanları var”, – Bolea qeyd edib.