Moldovanın paytaxtı Kişiniyov hava limanı mina quraşdırılması xəbərdarlığı ilə 1 saata yaxın fəaliyyətini dayandırıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, ərazidə polislərin həyata keçirdiyi axtarış işlərindən sonra aeroport normal qaydada işinə davam edib.
Qeyd edək ki, bu hal son həftə ərzində Kişineu aeroportunda artıq 4-cü dəfədir baş verir.