Moldovanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Moldova Respublikasının Prezidenti Maya Sandudan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir və cansağlığı arzulayıram.

Bu yaxınlarda Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilmiş görüşümüzdə açıq və konstruktiv söhbətimizi xatırlayıram.

Bu əlamətdar günlə əlaqədar əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə ölkələrimizin, xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

Teqlər: