Martın 3-də Moldova Respublikasının Prezidenti Maya Sandu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng
edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən AzerTimes-a məlumat verilib.
Telefon söhbəti zamanı regional məsələlər barədə fikir
mübadiləsi aparılıb, həmçinin Azərbaycan ilə Moldova arasında
iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində
əməkdaşlıq məsələləri müzakirə olunub.