Moldovanı tərk etməyəcəm – Dodon

Moldovanı tərk etməyəcəm – Dodon

Hətta Rusiyadan böyük iş təklifi olsa belə, Moldovanı tərk etməyəcəm.

AzerTimes xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti İqor Dodon deyib.

“2009-cu ildə mən yol ayrıcında idim. İqtisadiyyat naziri kimi mandatım başa çatmışdı, 34 yaşım var idi və bundan sonra nə edəcəyimi seçirdim. Moldova siyasəti ilə məşöul olmaq və ya hardasa işləmək. Və mən Rusiyaya köçüb böyük şirkətlərdə işləyə bilərdim. Amma öz ölkəmdə qalmağa qərar verdim. 2009-cu ildən isə artıq 15 ildir ki, mən Moldova siyasətindəyəm. Hazırda 49 yaşım var və bu yaş peşə dəyişməyə imkan vermir”, – Dodon bildirib.

Teqlər: