Fəaliyyət və Həmrəylik Partiyası (FHP), Kommunistlər və Sosialistlərin Seçki Bloku və “Şor” Partiyası bu gün keçirilən seçkilərin nəticələrindən sonra Moldova Parlamentinə daxil olur.
AzerTimes-ın məlumatına görə, bu barədə ilkin nəticələr Mərkəzi Seçki Komissiyası tərəfindən protokolların 32 faizi yoxlanıldıqdan sonra təqdim edilib.
Bu nətəcələrə görə, FHP 41 faiz, Kommunistlər və Sosialistlərin Seçki Bloku – 34 faiz, “Şor” partiyası – 9,3 faiz səs alıb. Qalan partiyalar seçki baryerini keçə bilməyib.
Bildirilib ki, Moldova parlamentinə erkən seçkilər zamanı ciddi pozuntular aşkar edilməyib.