Moldovadakı parlament seçkilərində qalib gələn Fəaliyyət və Həmrəylik Partiyası hökumətin yeni tərkibini avqustun 10-dəktəqdim etmək niyyətindədir.
AzerTimes-ın məlumatına görə, bunu “TVR” telekanalının efirində partiyanın lideri İqor Qrosu deyib.
İ.Qrosu bildirib: “10 avqusta qədər yeni parlament mütləq işə başlayacaq. Bu gün partiyadakı həmkarlarımızla planları müzakirə etdik, ümid edirik ki, təyin edilən vaxta qədər yeni kabinetin formalaşdırılmasını başa çatdırmaq mümkün olacaq”.