Moldovada hərbi vəziyyət elan oluna bilər

Moldovada hərbi vəziyyət elan oluna bilər

Moldovanın hakimiyyət orqanları Qərbin razılığı ilə hərbi vəziyyət tətbiq edə bilər.

AzerTimes xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti İqor Dodon deyib.

“İnanıram ki, indiki hökumət hər şeyə qadirdir, Moldova üçün müharibə təhlükəsi ancaq bu hökumətdən gəlir, bizim heç bir xarici təhlükəmiz yoxdur – bu mənim əmin fikrimdir. Yalnız Maya Sandu və onun partiyası düşmənçilik törədə bilər. Onlar hərbi vəziyyət tətbiq edə bilərlərmi? Düşünürəm ki, onlar edə bilərlər”, – Dodon qeyd edib.

Teqlər: