Moldova parlamenti enerji böhranı səbəbindən ötən ilin sonundan qüvvədə olan fövqəladə vəziyyətin müddətini daha 60 gün uzadıb.
AzerTimes xəbər verir ki, belə bir qərar qanunverici orqanın mətbuat xidmətinin yayımladığı iclasda qəbul edilib.
Qərara əsasən, fövqəladə vəziyyət rejimi 2022-ci il dekabrın 6-dan 60 gün müddətinə uzadılacaq.
Parlamentin spikeri İqor Qrosu bildirib ki, bu, Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyasının 55 səsi ilə təsdiqlənib. Səsvermə zamanı müxalifət etiraz əlaməti olaraq toplantını boykot edib.
Baş nazir Natalya Qavrilitsa fövqəladə tədbirlərə ehtiyacı bölgədəki qeyri-sabitliklə izah edib.
Qeyd edək ki, Ukraynada mülki infrastrukturun bombalanması Moldovanın enerji sistemində kütləvi fasilələrə səbəb olub.