Moldovada etirazlar: polislə toqquşma baş verdi

Moldovada etirazlar: polislə toqquşma baş verdi

Moldovanın paytaxtı Kişinyovun mərkəzində polislə etirazçılar arasında toqquşma olub.

AzerTimes xəbər verir ki, polis nümayişçilərin şəhər mərkəzinə girişini əngəlləyib, etirazçılar isə bir neçə dəfə kordonu yarmağa cəhd edib.

Etirazlar zamanı bir neçə nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları şəhərin mərkəzini mühasirəyə alıb və yoldan keçənləri yoxlayır.

Qeyd edək ki, bu ilin yayından başlayan etirazlar ölkənin müxtəlif yerlərinə yayılıb. Onlar hökuməti iqtisadi böhranın öhdəsindən gələ bilməməkdə, qiymətlərin artmasında və həyat səviyyəsinin aşağı düşməsində ittiham edirlər.

Teqlər: