Moldovada ehtiyatda olan hərbçilərin təlimi başlayır

Moldovada ehtiyatda olan hərbçilərin təlimi başlayır

Moldova ordusu ehtiyatda olan hərbçilərə təlimlər keçirəcək.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər iyulun 25-dən 29-na kimi nəzərdə tutulub.

Təlimlər ehtiyatda olan hərbçilərin bilik və bacarıqlarının yoxlanılması, o cümlədən milli ordunun silah və texnika ilə davranış üzrə praktiki hərəkətlərin məşq edilməsinə yönəldiləcək.

Silahlı Qüvvələrin ehtiyatda olan hərbçilərinin iştirakı ilə keçirilən təlimlər hər il hökumətin qərarı ilə və “Silahlı Qüvvələrin ehtiyatı haqqında” qanuna uyğun olaraq təşkil olunur və kadr ehtiyatının hazırlığı proqramının tərkib hissəsidir.

Teqlər: